Türkiyədə benzin bahalaşdı

16 Aprel 2025 13:10

Türkiyədə neft qiymətlərindəki dalğalanmalar fonunda yanacaq qiymətlərində yeni artım gözlənilir.

Milli.Az xəbər verir ki. məlumata görə, cümə axşamından etibarən benzinin litr qiymətinə 94 qəpik (sent) əlavə olunacaq. 

Mütəxəssislərin verdiyi məlumata əsasən, dizel yanacağının qiymətində dəyişiklik gözlənilmir. 

Hazırda Türkiyədə yanacaq qiymətləri belədir:

Benzin (95 Oktan): 44,94 TL/litr

Dizel: 45,10 TL/litr

LPG: 26,79 TL/litr

Artım qərarının əsas səbəbi beynəlxalq neft bazarındakı qiymət dəyişiklikləri və logistik xərclərlə izah olunur. 

Milli.Az