DSMF-yə sədr təyin olundu FOTO

16 Aprel 2025 11:38

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Milli.Az-a DSMF-dən məlumat verilib.

Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Milli.Az