"Azərbaycan Dəmiryolları" QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, o, bundan sonrakı fəaliyyətini "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"ndə (AZCON) davam edəcək.
Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.
Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb. O, ADY-nin inkişafına mühüm töhfələr verib.
Milli.Az