6,2 bal gücündə zəlzələ oldu

16 Aprel 2025 19:20

Əfqanıstanın şimal-şərqində, Pakistanla sərhədə yaxın ərazidə güclü zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Altay-Sayan filialı zəlzələnin maqnitudasının 6,2 bal olduğunu açıqlayıb. Yeraltı təkanların episentri Pakistan sərhədindən cəmi 14 kilometr məsafədə, Əfqanıstanın Əsədabad şəhərindən isə 89 kilometr şimalda yerləşib.

Mütəxəssislər episentrdə qeydə alınan silkələnmələrin intensivliyini "dağıdıcı" kimi qiymətləndiriblər.

Hazırda təbii fəlakətin yaratdığı potensial dağıntılar və insan tələfatı ilə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az