Həkimlər qadınların yumurta hüceyrələrini ABŞ-yə satıbmış - Ölkə bundan danışır

16 Aprel 2025 11:53

İstanbulda qadınların yumurta hüceyrələri toplanaraq ABŞ-dəki süni mayalanma mərkəzinə satılıb.

Milli.Az "sabah"a istinadla xəbər verir ki, İstanbulun Ataşehir rayonunda yerləşən özəl qadın klinikasında qadınlardan qanunsuz şəkildə yumurta hüceyrələri toplanıb və bu hüceyrələr Amerikadakı süni mayalanma mərkəzlərinə satılıb.

İddialara görə, klinika bəzi qadınlara hormon dərmanları verib ki, bədənlərində daha çox yumurta yetişsin. Bu dərmanları bir neçə həftə istifadə edən qadınlar sonra xaricə aparılıb. Orada isə onların yumurta hüceyrələri çıxarılaraq satılıb. Qadınlara isə hər yumurta üçün 20-40 min lirə arası pul verilib.

Şikayətlər əsasında klinikada yoxlama aparılıb. Bu işlə altı həkimin məşğul olduğu üzə çıxıb. Həkimlər bu işlə əlaqələri olmadığını desələr də, onların izahları yetərli sayılmayıb və məsələ araşdırmaya göndərilib.

Klinikanın sosial şəbəkə hesabına da baxılıb, qanunsuz reklamlara görə cərimə olunub və səhifə bağlanıb.

Qeyd edək ki, qadının bədənindən götürülən bu yumurta hüceyrələri gələcəkdə başqasının uşağını daşıya bilər. Bu cür satış isə qanuna ziddir.

İsmayıl
Milli.Az