Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə oarlamentində emosional çıxışı və qəribə hərəkətləri gündəm olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə müzakirələr yaradan görüntüdə onun müxalifətin suallarına qəzəbləndiyi üçün onları ələ saldığı bildirilir.
Müxalifətin iqtisadi siyasətə yönəlik tənqidlərinə cavab verən Paşinyan çıxışı zamanı əlləri və mimikaları ilə emosiyalarını gizlədə bilməyib. O, bir müxalifət təmsilçisinin "Xalq bizik, büdcəni doldururlar, amma ciblərini doldurmaq üçün işləyirlər" sözlərini sitat gətirərək sərt reaksiya verib və çılğına dönüb.
Baş nazir həmçinin bildirib ki, Ermənistanın dövlət büdcəsinin gəlirləri xalqın zorakılıqsız məxməri inqilabından əvvəlki illərlə müqayisədə artmaqdadır və bunu heç kim inkar edə bilməz.
Paşinyan çıxışının sonunda Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu vurğulayıb. O, Qarabağ məsələsinin həllindən sonra sülh sazişi imzalanmazdan əvvəl ATƏT-in Minsk Qrupunun ləğv edilməsini təklif edib.
Hüseyn
Milli.Az