ABŞ-nin Kaliforniya ştatında evsiz kişi içki dükanından aldığı lotereya bileti ilə 1 milyon dollar uduş qazanıb.
Milli.Az bildirir ki, kimliyi açıqlanmayan şəxs illərdir müştərisi olduğu dükanlardan birindən poz-qazan bileti alıb.
Dükan müdiri Uilson Samaan KSBY kanalına bildirib ki, kişi dükanın içində bileti pozub və "Allahım, bu həqiqətdir? Artıq evsiz deyiləm!" deyə sevincini bölüşüb.
The Guardian qəzetinin məlumatına görə o, əvvəlcə 100 min dollar qazandığını düşünüb, lakin Samaan ona bunun əslində 1 milyon dollar olduğunu deyib. Daha sonra o, lotereya biletini təhvil verməsi üçün şəxsi avtomobili ilə həmin şəxsi Fresno şəhərinə aparıb.
Qalib şəxs qazandığı pulun həyatını dəyişdiyini deyib. O bildirib ki, qazandığı pulla özünə ev və maşın alacaq.
İsmayıl
Milli.Az