Bu ölkənin prezidenti xəstəxanaya yerləşdirildi

16 Aprel 2025 18:49

İtaliya prezidenti Sergio Mattarella xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb. 

Bildirilib ki, 83 yaşlı Mattarella axşam saatlarında əməliyyat olunacaq.

Onun kardiostimulyator taxdırmaq üçün Romadakı Santo Spirito Xəstəxanasının kardiologiya şöbəsində olduğu və səhhətinin yaxşı olduğu bildirilib.

Milli.Az