Coni Dep geri döndü: Dəyişimi ilə mat qoydu - FOTOlar

16 Aprel 2025 19:00

"Hollivud"un məşhur simalarından Coni Dep və Penolepe Kruz, "Day Drinker" adlı filmdə baş rolları paylaşmağa hazırlaşırlar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni rolu üçün imicini dəyişən Dep pərəstişkarlarını həyəcanlandırıb.

Artıq filmdən ilk görüntü yayımlanıb. 

DÖNÜŞÜ MÖHTƏŞƏM OLACAQ

Film keçmiş həyat yoldaşı Amber Heard ilə olaylı şəkildə boşanmasının ardından Conninin "Hollivud"a dönüşünü simvollaşdırır.

Heard-a qarşı açdığı qaralama məhkəməsi səbəbilə prestiji zədələnən amerikalı aktyor Fransız istehsalı "Jeanne de Barry" (2023) filmində rol almışdı.

Pis günləri geridə qoyan ulduz daha sonra "Modi", "Three Days on the Wing of Madness" (2024) adlı filmin rejissorluğunu üstlənib. Təxminən 27 il sonra rejissor kürsüsündə oturan ulduz, həyatını "çəhrayı serial"a bənzətmişdi.

"HƏYATIM ÇƏHRAYI SERİALA DÖNDÜ"

Dep keçmiş həyat yoldaşı Amber Heard ilə yaşadığı hüquqi mübarizəyə işarə edərək "Sanıram, nəhayət, hər birimiz bir çox şey yaşadıq... Bəlkə, sizinki bir çəhrayı seriala dönmədi, hətta televiziyada yayımlanmadı, amma hamımız təcrübə edirik və bir şeylər yaşayırıq" demişdi.

"Day Drinker" filmi, Deppin qaralama məhkəməsi sonrası rol aldığı ilk Hollivud layihəsidir.

Aksiyon-həyəcan janrında çəkilən filmin rejissorluğu Marc Vebə həvalə olunub. "Day Drinker" adlı film, xüsusi bir yaxta barmeninin özünü gəmidə sirrli bir qonaqla tapdığı anlardan bəhs edir.

Depp və Kruzu 4-cü dəfə bir araya gətirən bu film onları cinayət dünyasının içində tapılan iki yad insanın hekayəsini əks etdirir.

Qeyd edək ki, İspaniyanın ən məşhur aktrisalarından biri olan Penolepe 1998-ci ildə "Talk of Angels" adlı ilk İngiliscə filmini çəkərək Hollivuda adım atıb.

O, 2008-ci ildə Vudi Allen imzalı "Vicky, Christina, Barcelona" filmi ilə Oscar-ın "Ən Yaxşı Yardımçı Qadın Aktyor" mükafatını qazanmışdı.

Musa
Milli.Az