UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Aston Villa" - Paris Saint-Germain qarşılaşması öncəsi gözlənilməz bir hadisə baş verib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, matç başlamazdan əvvəl təşkil olunan rəsmi mərasimdə Çempionlar Liqasının himni əvəzinə yanlışlıqla Avropa Liqasının himni səsləndirilib.
"Villa Park" stadionunda yaşanan bu səhv həm stadiondakı azarkeşlər, həm də oyunçular tərəfindən təəccüblə qarşılanıb. Hər iki komandanın futbolçularının da bu məqamda çaşqınlıq yaşadığı və bir-birlərinə baxaraq vəziyyəti anlamaya çalışdıqları kameralara əks olunub.
UEFA tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Milli.Az