Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət iclasından sonra Suriyadakı vəziyyətlə bağlı açıqlama verib.
Milli.Az İHA-ya istinadən verdiyi xəbərə görə, o bildirib ki, Suriyada artıq yeni bir mərhələ başlayıb.
"Bəzi qüvvələr Türkiyənin səbrini yoxlamaq əvəzinə onun dostluğunu qiymətləndirməli və siyasətlərini buna uyğun tənzimləməlidir. Türkiyə Suriyanın parçalanmasına icazə verməyəcək. Suriyada sabitliyə mane olan hər kəs bizi və Suriya hökumətini qarşısında görəcək", - deyə Ərdoğan vurğulayıb.
O qeyd edib ki, 8 dekabrdan sonra ölkədə yeni bir dövr başlayıb və bu dəyişiklik bütün bölgəyə müsbət təsir göstərəcək.
Milli.Az