Sumqayıtda ticarət mərkəzində yanğın söndürüldü - YENİLƏNİB - FOTOlar

16 Aprel 2025 10:04

10:04

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, FHN yanğınsöndürmə briqadasının müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. 

09:25

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.

Milli.Az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub. 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Milli.Az