Kafenin üstündə kafe tikirlər - ŞİKAYƏT

16 Aprel 2025 12:06

Abşeron rayon Masazır qəsəbəsində Qurtuluş 93 ünvanının həyətində yerləşən restoranda vətəndaşlar əlavı işlərin aparılmasından şikayətcidir. Onsuz da restorandan gələn səslər onları narahat edir, 2ci mərtəbədən də gələn səslər onlara diskomfort yaradır. 

Milli.Az xəbər verir ki, sakinlər iddia edir ki, restoranda aparılan tikinti işləri qanunsuzdur. Məsələ ilə bağlı Qurtuluş 93 kompleksi ilə əlaqə saxladıq. Kompleksi tikinti şöbəsinin rəhbəri Cavid Baxşəliyev təsdiq etdi ki, restoranın üstündə teras tipli kafe olacaq.

"Çətir tipli konstiruksiya qurulub, üstünə çəkiləcək. Bizim rəhbərliyimiz tapşırıq verib ki, əhalini səs-küylə bağlı narahat edəcək". 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, qurumun memarlıq memarlıq şöbəsindən bildirildi ki, həmin ərazidə dəmir konstiruksiyasının quraşdırılmasından xəbərsizdirlər. Məsələ araşdırılacaq.

Aysel Əkbər
Milli.Az