Göygöldə minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili ilə mikroavtobus toqquşub.
Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az