Serialdan uzaqlaşdırılmışdı, indi də belə cəzalandırıldı - FOTO

15 Aprel 2025 21:25

Boykot çağırışına dəstək verdiyi üçün TRT 1-də yayımlanan və baş rolunda oynadığı "Təşkilat" serialının heyətindən çıxarılan Aybüke Pusatla bağlı daha bir hadisə baş verib.

Bu dəfə Pusatın uzun müddətdir yer aldığı "Chaplin" adlı teatr tamaşasının ləğv edildiyi ortaya çıxıb.

Pusat hadisəsindən sonra ona dəstək verən aktyorlar - Furkan Andıç və Boran Kuzum da TRT-nin "Tabii" platformasındakı serialların heyətindən çıxarılıblar.

Aktrisanın uzun müddətdir iştirak etdiyi "Chaplin" adlı teatr tamaşası da ləğv edilib.

MSP Yapım tərəfindən istehsal olunan, Aksel Bonfilin yazdığı və Saim Güveloğlunun rejissorluğunu etdiyi "Chaplin" tamaşasında Aybüke Pusatla yanaşı Şebnem Dönmez, Murat Danacı, Özgür Daniel Foster və Emre Taşkıran kimi adlar da rol alırdı.

19 aprel tarixində "Maximum Uniq" səhnəsində göstəriləcək tamaşanın biletləri tükənmək üzrə idi. Lakin bilet alan tamaşaçılara MSP Yapımın tələbi ilə tamaşanın ləğv edildiyi barədə elektron məktub göndərilib. Həmin məktubda pulun geri qaytarılacağı da xüsusilə vurğulanıb.

Lalə Qüdrətova
Milli.Az