"Bu gün bəxtim gətirib ki, mən bu əlimdə tutduğum mikrofonla ailə saxlamıram. Bu gün məni ailəm, valideynlərim saxlayır. Evim, bağım, avtomobilim var. Mən bu sənətimdən pul qazanıram. Sadəcə qazancımla ailəmi deyil, sənətimi saxlayıram. Yəni mahnılar alıb onları aranjiman edirəm. Gəlirim, qazancım getdiyim məclislərdir. 3-4 məclisə gedirəm amma bundan böyük zövq alıram və xoşbəxtəm".
Milli.Az bildirir ki, bu sözləri Əminə Şirin qonaq olduğu "Afaqla 10lar" verilişində deyib.
Maddi vəziyyətinin yaxşı olduğunu söyləyən sənətçi bildirib ki, hazırda 43 minlik avtomobil idarə edir:
"Mən 14 yaşımdan toy idarə edirəm. Mən Vaqif Gərayzadənin yanında olanda biz qrup tərkibində idik. Qızlar getdi mən "Aypara" oldum. Biz Samir Piriyevlə çiyin-çiyinə toylar idarə etmişik. Sadəcə məsələ budur ki, mən toyxana mahnılarını səhnəyə, efirə gətirmirəm. Amma onlarda gözəldir. Gətirənlərdə gözəl edir. Maddiyyat tərəfim yaxşıdır. 43 minlik avtomobil idarə edirəm. Qismət olsa 70 minlik maşın sürəcəyəm. Amma xoşbəxtəm. 18 min atama borcum var idi. Amma o borcu artıq bağlamışam". (olay)
Milli.Az