Qazi atası ağır qəzaya düşdü

15 Aprel 2025 19:03

Ucar-Zərdab yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı Həsrət Həsənova məxsus VAZ-2106 markalı avtomobil yararsız hala düşüb.

Hadisə nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumatda həmin şəxsin qazi atası olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol nəqliyyat hadisəsi bu gün günorta saatlarında baş verib:

"İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücülər - H.Həsənov və F.İsmayılov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır".

Milli.Az