Kanadalı tədqiqatçılar sintetik uşaq döşəklərində istifadə olunan kimyəvi maddələrin uşaqların beyin sağlamlığına və hormon balansına mənfi təsir göstərdiyini müəyyən ediblər.
Milli.Az xəbər verir ki, Toronto Universitetinin alimləri 6 aydan 4 yaşa qədər uşaqların otaqlarında apardıqları analizlər nəticəsində havada 20-dən çox zərərli kimyəvi maddənin olduğunu aşkar ediblər. Tədqiqatın nəticələri göstərir ki, bu maddələr əsasən çarpayı döşəklərindən ayrılır.
Araşdırma nəticəsində məlum olub ki:
Odadavamlı və UV filtri olan parçalar uşaqların bədən istiliyi və çəkisi səbəbilə kimyəvi maddələr buraxa bilir.
Bu maddələr, xüsusilə ftalatlar, körpələrdə ciddi inkişaf pozuntularına yol aça bilər.
Zəhərli maddələr beyin funksiyalarına və hormon sisteminə zərər verə bilər.
Alimlər nə tövsiyə edir?
Sintetik materiallardan uzaq durmaq,
Yüzdə 100 pambıq və ya yun materiallara üstünlük vermək,
Yataq dəstlərini və yuxu geyimlərini mütəmadi olaraq yumaq və otaqları havalandırmaq,
Sintetik tərkibli şəxsi qulluq məhsullarından uzaq durmaq.
Kanadalı mütəxəssislər, xüsusilə uşaq məhsullarına dair istehsal standartlarının sərtləşdirilməsi üçün çağırış ediblər.
Fidan
Milli.Az