Bu da Ülviranın özündən gözəl qızı - FOTO

19 Aprel 2025 05:05

Teleaparıcı Ülvira Qarayeva sosial media hesabından paylaşımı ilə diqqət çəkib.

Milli.Az bildirir ki, o, "Facebook" sosial şəbəkəsində qızı Zeynəbin fotosunu yayımlayıb. Sözügedən paylaşım onun izləyicilərin marağına səbəb olub.

Aparıcı qızına olan hisslərini yazdığı bu sözlərlə ifadə edib:

"Səni sözlə ifadə edə bilmədiyim qədər çox istəyirəm... Doğum günün mübarək, anan qurban sənə. Həyatından zövq al, gözəl, sağlam yaşa, mənim dünya gözəli qızım. Sənin fanatınam".

Musa
Milli.Az