Bakıda bu binalar söküləcək - Dəqiq ünvanlar AÇIQLANDI

15 Aprel 2025 17:08

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Bu barədə iqtisadiyyat.az məlumat əldə edib.

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb. 

Belə ki, söküntü işləri Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Milli.Az