Kakanın "ikinci bahar"ı: bu gözəllə xoşbəxtdir - FOTOlar

19 Aprel 2025 03:03

Keçən il Kakanın birinci həyat yoldaşı ondan ayrılmasının səbəbini etiraf etməsi idman ictimaiyyətini bir az şoka salmışdı.

Milli.Az xəbər verir ki, çünki sabiq futbolçunun heç bir qüsuru yox idi. Xeyr, bu zarafat deyil. Karolina Seliko bildirib ki, Kaka çox mükəmməl insan olduğuna görə ondan ayrılıb.

Dünya çempionunun bu "mənfisi"ndən tam razı qalan qız tapılıb. Söhbət Kakanın ikinci həyat yoldaşı Karolina Diasdan gedir. Bəli, o, birinci həyat yoldaşının adaşıdır.

Karolina Batista Leyte Dias 1995-ci ilin avqustun 11-də anadan olub. Onun bu yay 30 yaşı tamam olacaq. O, Kakadan 13 yaş kiçikdir.

Karolina məşhur braziliyalı modeldir. "İnstaqram"da 955 mindən çox istifadəçisi var. Braziliyalı gözəl Cənubi Amerikada demək olar ki, bütün qadın jurnallarının üz qabığında yer alıb.

Kaka və Karolinanın münasibətləri 2016-cı ilin dekabrında ortaya çıxıb. Cütlük Kakanın həmkarı Lukas Muranın toyunda birlikdə görünüb. Onlar münasibətlərini 2019-cu ilin dekabrında rəsmiləşdiriblər. Cütlüyün Ester və Sara adlı iki qızı var. /Publika.az

Milli.Az