"Benfika" "türkləşir": daha bir ulduzu alacaqlar - FOTO

15 Aprel 2025 14:43

Portuqaliya nəhəngi "Benfika" heyətini daha bir türkiyəli ulduzla gücləndirməyə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub artıq yay transfer dövrü üçün görüləcək işlərə start verib. Komandanın türk ulduzları Orkun Kökçü və Kerem Aktürkoğlunun çıxışından məmnun qalan rəhbərlik gözünü bu mövsüm "Qalatasaray"da parlayan Yunus Akgünə dikib.

Komandasının forması ilə 38 matçda 12 qol və 8 asist etməyi bacarıb. "Benfika"nın transfer üçün Kerem və Orkunun da köməyindən istifadə edəcəyi ehtimal olunur.

Qeyd edək ki, Yunus Akgünün "Sarı-qırmızı"larla yeni müqaviləyə hələ də imza atmaması azarkeşləri narahat edir.

Tural
Milli.Az