“Yalı çapkını”ndan qazandığı 35 milyonla evlər alacaq

19 Aprel 2025 01:01

Türkiyəli aktrisa Afra Saraçoğlu reklam siması olduğu geyim markasından 35 milyon lirə qazanıb.

Milli.Az  xəbər verir ki, aktrisa əldə etdiyi gəliri daşınmaz əmlaka yatırmağa qərar verib. Onun İstanbul və Egeydəki evlərlə maraqlandığı bildirilir.

Sonuncu dəfə "Yalı çapkını" serialında rol alan aktrisa ona yeni ssenarilər gəlməmişdən əvvəl Avropa və ya Amerikada təhsil almağı planlaşdırır. /Axşam.az

Milli.Az