Türkiyəli reper Sansar Salvo ləqəbli Ekincan Arslan saxlanılıb.
Milli.Az xəbər verir ki, mart ayında narkotik vasitəyə təşviq səbəbiylə həbs olunub daha sonra sərbəst buraxılan Arslan bu dəfə atasını döydüyü görüntüləri sosial şəbəkədə paylaşdığı üçün polis tərəfindən saxlanılıb.
Görüntülər sosial şəbəkələrdə böyük etiraz doğurub. Nəticədə Arslan ötən gecə tutulub.
O, sosial media hesabında "Gözaltı... Pul üçün həyatımı məhv etdilər" paylaşımını edib.
Qeyd edək ki, Ekincan Arslan yəni səhnə adı ilə Sansar Salvo 18 avqust 1989-cu ildə İstanbulun Kadıköy səmtində anadan olub və Türk rep musiqisinin tanınmış nümayəndələrindən biridir.
İsmayıl
Milli.Az