Laçın nağılvari mənzərəyə büründü - VİDEO

15 Aprel 2025 10:22

Son günlərdə havaların kəskin soyuması nəticəsində Azərbaycanın dağlıq ərazilərində, o cümlədən Laçın rayonunda qışın sərt nəfəsi özünü göstərməyə başlayıb. Temperaturun enməsi bölgəyə güclü qar yağışı gətirib, xüsusilə Laçının Minkənd kəndi qarla örtülərək nağılvari mənzərəyə bürünüb.

Milli.Az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Minkəndin ağ örpəyə bürünmüş möhtəşəm görüntülərini paylaşaraq təbiətin bu gözəl mənzərəsini ictimaiyyətlə bölüşüblər.

Paylaşılan fotolar və videolarda kəndin dağ yolları, evlərin damları və ətraf təbiət tamamilə qarla örtülüb, sanki bölgəyə qış fəsli rəssam fırçası ilə toxunub.

Qarın yağması bölgə sakinləri üçün həm çətinlik, həm də sevinc mənbəyi olub. Bir tərəfdən yolların bağlanması, hərəkətin çətinləşməsi gündəlik həyat ritmini ləngidirsə də, digər tərəfdən bu ağ mənzərə illər sonra torpaqlarımıza qayıdan insanlar üçün unudulmaz bir təbiət hadisəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, belə möhtəşəm görüntülər Laçının təbiət gözəlliklərini bir daha xatırladır və bölgənin dörd mövsüm ayrı bir gözəlliyə sahib olduğunu nümayiş etdirir.

Həmin görüntüləri təqdim edirik:

Xəyal Abdullayev
Milli.Az