Gecə ilk yarımfinalçılar bəlli olacaq

15 Aprel 2025 09:11

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

"Borussiya" doğma meydanda "Barselona"nı qəbul edəcək, PSJ səfərdə "Aston Villa"nın qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) (ilk oyun - 0:4)

23:00. "Aston Villa" (İngiltərə) - PSJ (Fransa) (ilk oyun - 1:3)

Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.

Milli.Az