“Sevilya”da yeni baş məşqçi

15 Aprel 2025 00:35

Qarsiya Pimienta ilə yollarını ayıran "Sevilya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komanda ispaniyalı mütəxəssis Xoakin Kaparrosa həvalə edilib.

69 yaşlı məşqçi cari mövsümün sonundan komandaya rəhbərlik etməyə başlayacaq.

Qeyd edək ki, "Sevilya" hazırda 31 oyundan sonra 36 xalla İspaniya La Liqasında 13-cü pillədə qərarlaşır.

Milli.Az