Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

15 Aprel 2025 00:07

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycanda rəsmi səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası bildirib.

Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər və danışıqlar planlaşdırılır.

Prezidentin başçılıq etdiyi gürcü nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzəyev daxildir.

Milli.Az