9 yaşlı qız itkin düşdü

14 Aprel 2025 18:56

Astara rayonunda 9 yaşlı uşaq itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə rayonun Maşxan kənd ərazisində baş verib.

Belə ki, kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin bu gün məktəbdən evə qayıdarkən itkin düşdüyü bildirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məktəblinin axtarışı elan olunub və tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Milli.Az