Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.
Qida zəhərlənməsi diaqnozu ilə daha bir nəfər - 2005-ci il təvəllüdlü F.Cabbarov da xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl 1990-cı il təvəllüdlü N.Cabbarova, 2001-ci il təvəllüdlü J.Tamirazova, 2007-ci il təvəllüdlü N.Quliyeva, 1988-ci il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XXX
Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az bildirir ki, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Milli.Az