Gömrükdən gizlədilən dərmanlar AŞKARLANDI - FOTO

14 Aprel 2025 17:46

Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən müxtəlif adlarda - 1 390 qutu, 240 konvalyut dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az