Limon niyə bahalaşdı?

14 Aprel 2025 17:09

Rusiya mediası limon qiymətinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, Rusiyada limon qiymətlərinin 25% bahalaşacağı gözlənilir. Bunun əsas səbəbi olaraq, Türkiyədə məhsulun zəif olması və Misirdən daşınma zamanı yaşanan logistika çətinlikləri bildirilib.

Türkiyə xarici tədarükləri pis hava şəraiti və məhsul çatışmazlığı səbəbindən müvəqqəti olaraq məhdudlaşdırmışdı. Lakin daha sonra ixrac icazə edilsə də, qiymətlər bazara yaxınlaşaraq 180 rubl (təxminən 3.60 AZN) olub.

Hazırda Rusiyada limon kiloqramı 220-230 rubla (4.50 - 4.70 AZN) satılır, Misir limonları isə daha ucuz olsa da, yaşıl və turş olur. Türkiyə limonlarının qiymətinin 350 rubldan (təxminən 7 manat) olacağı gözlənilir.

Qeyd edək ki, ölkəmizdə də limonun qiyməti son aylar artıb. Belə ki, əvvəl 30-50 qəpik arası dəyişən limonlar, hazırda bazarda 80-90 qəpiyə təklif olunur. Qiymətlərin nece sabitləşəcəyi isə hələ ki məlum deyil.

Asya
Milli.Az