Məhkəmə İmamoğlu barədə qərar verdi

14 Aprel 2025 16:27

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı davam edir.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, işdən çıxarılan İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və İmamoğlunun müşaviri Murat Ongunun saxlanılmasına etiraz edilib.

Məhkəmə Əkrəm İmamoğlu və Murat Ongunun etirazını rədd edib.

Qeyd edək ki, İmamoğlu martın 19-u səhər saatlarında saxlanılıb. Hazırda o, Silivridəki Mərmərə həbsxanasındadır.

Milli.Az