Ərdoğan-Tramp görüşü harada baş tutacaq?

14 Aprel 2025 17:35

Antalya Diplomatiya Forumunda çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Türkiyəyə mümkün səfəri ilə bağlı vacib açıqlamalar verib.

Milli.Az xəbər verir ki, nazir bildirib ki, görüşün harada keçiriləcəyi ilə bağlı dəqiq qərar verilməyib və danışıqlar davam edir.

"Hazırda dəqiq bir vəziyyət yoxdur. Görüşün Türkiyədə, yoxsa ABŞ-da keçiriləcəyi ilə bağlı işlər davam edir", - deyə Fidan qeyd edib.

"Hürriyet" qəzetinin köşə yazarı Əbdülkadir Selvinin məlumatına görə, Ərdoğan-Tramp görüşü ilə bağlı iki əsas ssenari nəzərdən keçirilir.

Birinci ssenariyə əsasən, Tramp mayın ortalarında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək və bu tur çərçivəsində son dayanacağı Türkiyə ola bilər.

İkinci ehtimal isə görüşün ABŞ-da Ağ Evdə keçirilməsidir. Əvvəllər görüş üçün aprelin sonu və ya mayın əvvəli nəzərdə tutulsa da, hal-hazırda planlaşdırma iyun ayına yönəlib. Ankara və Vaşinqton görüş üçün eyni anda dəyərləndirilir.

Fidan
Milli.Az