Bu ölkədə güclü zəlzələ oldu

14 Aprel 2025 14:45

Myanmanın paytaxtı Neypido şəhərindən 10 km qərbdə 5.3 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 3:02-də (Bakı vaxtı ilə 0:02) qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Ölkənin müxtəlif bölgələrində 3.4-3.9 bal gücündə yeraltı təkanlar hiss edilib. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, martın 28-də Myanmada dağıdıcı zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8.2 olaraq qiymətləndirib. Zəlzələ nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 3 689-a yüksəlib, 5 000-dən çox insan xəsarət alıb.

Bundan sonra ölkədə bir neçə dəfə güclü təkanlar qeydə alınıb.

Milli.Az