Bülent Ersoyun sərvəti açıqlandı - 28 ev, 4 villa, YDM, yaxta...

14 Aprel 2025 21:04

Türk musiqisinin ən önəmli simalarından Bülent Ersoy lüks həyat tərzi və qiymətli yatırımları ilə də gündəmdədir.

Milli.Az xəbər verir ki, sənətçi təkcə səhnədəki uğurları ilə deyil, həm də Türkiyənin müxtəlif bölgələrindəki mülkləri ilə diqqət çəkir.

Bülent Ersoy İstanbulda müxtəlif mənzillər və villaların sahibi olmaqla yanaşı, Türkiyənin məşhur istirahət yerlərində də önəmli yatırımlara malikdir. Bodrum, Marmaris və Antalya kimi yerlərdəki lüks villalar onun daşınmaz əmlaklarının əsasını təşkil edir. Ersoyun Fenerbahçedəki sauna müəssisəsi və Muğlada yanacaqdoldurma məntəqəsi də yatırımları arasında yer alır. Əlavə olaraq, 30 metrlik yaxta və müxtəlif maşınları kimi daşınan varlıqları da mövcuddur. Sənətçi bu əmlakları icarəyə verərək mühüm gəlir mənbələri yaradır.

İsmayıl
Milli.Az