Prezident bu sazişi təsdiq etdi

14 Aprel 2025 11:05

Prezident İlham Əliyev "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi" təsdiq edilib.

Milli.Az