Vüsal qol ötürməsi ilə yadda qaldı, "Boluspor" isə...

14 Aprel 2025 09:26

Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Boluspor" da növbəti matçına çıxıb.

Bolu təmsilçisi səfərdə "Ankaragücü" ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Start "11-lik"də yer alan Vüsal 90+8-ci dəqiqədə əvəzlənib. O, matçın 28-ci dəqiqəsində vurduqları ilk qolda məhsuldar ötürmə ilə pay sahibi olub.

Qeyd edək ki, hazırda 49 xalı olan "Boluspor" turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub./fanat.az

Milli.Az