Nobel mükafatı laureatı vəfat etdi - FOTO

14 Aprel 2025 07:52

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, peru əsilli yazıçı Mario Varqas Lyosa 89 yaşında, Limada dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə onun oğlu Alvaro Varqas Lyosa "X" hesabında məlumat yayıb.

"Üzüntü ilə bildiririk ki, atamız Mario Varqas Lyosa bu gün Limada ailəsinin əhatəsində sakit şəkildə vəfat edib", - yazıda deyilir.

Milli.Az