Rəqsanənin qızları küsülüdür?

14 Aprel 2025 07:40

Müğənni Rəqsanə İsmayılovanın qızları Aysun İsmayılova ilə Yağmurun küsülü olduğu iddia edilib.

Milli.Az xəbər verir ki, buna səbəb Yağmurun bacısı ilə paylaşım etməməsi olub.

O, özü instaqramda sual-cavab zamanı "Aysunun qızı ilə heç paylaşım etmirsiniz" rəyini cavablandırıb:

"Aysunla görüntülü danışırıq. Mən Moskvada yaşayıram, o Azərbaycanda. 24/7 yığıb Aysunu narahat etsəm, necә olar? Onun öz işləri var və çox zamanı yoxdur.

Bacı olmaq o demək deyil ki siz 24/7 bir yerdə olmalısınız, şəkil paylaşmalısınız. Biz danışırıq Sevgi ilə də, Aysunla da, amma kameraya göstərmək məcburiyyətində deyilik". (Bizim.Media)

Milli.Az