“Uzak Şehir”dən ayrılır - FOTO

13 Aprel 2025 21:23

"Uzak Şehir"də "Uğur" obrazı ilə məşhurlaşan Anıl İlter serialla vidalaşacaq.

Milli.Az xəbər verir ki, o, sabah yayımlanacaq bölümdə serialdan ayrılacaq.

İlterin serialdan ayrılacağı xəbəri həm izləyiciləri, həm də sosial medianı təəccübləndirib.

Qeyd edək ki, serialda Sinem Ünsal, Ozan Akbaba, Qonca Cilasun, Müfit Kayacan kimi məşhur aktyorlar rol alır.

Milli.Az