Məşhur ispan klubu baş məşqçisini QOVDU

13 Aprel 2025 17:55

"Sevilya" baş məşqçisi Qarsiya Pimyentanı istefaya göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın XXXI turunda "Valensiya"ya 0:1 hesablı məğlubiyyəti ardıcıl 4-cü olub və baş məşqçi ilə yolların ayrılması qərara alınıb. 50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 oyun keçirib və bu görüşlərin cəmi 11-də qələbə qazanıb.

Qeyd edək ki, "Sevilya" 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Q.Pimyenta "Sevilya"ya qədər İspaniyada "Las Palmas"ı və "Barselona"nın əvəzedicilərini çalışdırıb.

Milli.Az