Əməkdar artistin başına İŞ GƏLDİ: yeriyə bilmir - FOTO

13 Aprel 2025 17:22

Əməkdar artist Firuzə İbadovanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Bir gün" verilişində məlumat verib.

Yıxılaraq xəsarət alan xanım müğənni yeriyə bilmir:

"İndi cavan uşaqlarda da başgicələnmə var, o da qala mən. Ayağım, qolum, baş barmağım zədələnib. Qəbirüstünə getmişdim, qayıdanda səkini çıxmaq istəyəndə bir anlıq anam gözümün önünə gəldi ki, ağlama. Həmin an yıxıldım üzü üstə. Əsas barmağım zədə aldı, həkim deyir yaxşı qurtarmısan".

Milli.Az