İqtisadçı Eyyub Kərimli "Kredit büroları haqqında" Qanuna dəyişikliyin iki istiqamətdə təsirlərinin olacağını bildirir:
"Bu, kreditin süni formada şişirdilməsinin və ya artmasının qarşısını alacaq. Digər tərəfdən istehlakçılar kredit və bu cür məhsullardan istifadə edən zaman onların tarixçəsi kredit bürosuna təqdim edilmədikdə insanların kredit və ya nisyə aldıqları məhsulların uçotunun aparılmasına mənfi təsir göstərə bilər. Belə olan halda bankların kredit ayırmasına, vətəndaşın mükəlləfiyyətinin və ya öhdəliklərinin dəqiqləşdirilməsində müəyyən çətinliklər yarana bilər".
Qeyd edək ki, indiyə qədər bu öhdəlik təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda mövcud idi. /Baku TV
Milli.Az