“58 yaşım var, üzümə cərrah bıçağı dəyməyib"

13 Aprel 2025 14:32

Əməkdar artist Nüşabə Ələsgərli yaşını gizlədənləri tənqid edib.

Milli.Az xəbər verir ki, "El canlı" verilişində olan müğənni yaşını açıqlayıb:

"58 yaşımın içindəyəm. 1967-ci ilin dekabrında doğulmuşam. Nə edim, nəyəm buyam. Məni sinif yoldaşlarım izləyir, müəllimlərim sağdır. Necə onların üzünə baxa-baxa yalan danışım?".

N.Ələsgərli bu günə kimi plastik əməliyyat etdirmədiyini, amma buna hazırlaşdığını vurğulayıb. /Axşam.az

Milli.Az