Kenan Yıldız "Yuve"yə 3 xal qazandırdı

13 Aprel 2025 09:44

İtaliya çempionatının 32-ci turunda "Yuventus" və "Leççe" komandalarının qarşılaşdığı oyun başa çatıb.

Milli.Az xəbər verir ki, Turindəki matçda yerli futbolçular 2:1 hesablı qələbəni bayram ediblər.

"Yuve"nin ikinci qolunu Kənan Yıldız vurub və komandasına 3 xalı qazandırıb.

Bununla da "Qoca sinyora" bu mövsüm qazandığı xalların sayını 59-a çatdıraraq, A Seriyasının turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Leççe" isə 32 matçdan sonra 26 xalla 17-ci yerdədir. /Oxu.Az

Milli.Az