Emreli start heyətə qayıtdı

13 Aprel 2025 00:10

Almaniya 2-ci bundesliqasında 29-cu turun oyunları davam etdirilir.

Milli.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" səfərdə "Kayzerslautern"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 22:30-da başlayacaq. 

Emreli də bu oyunun iştirakçısı olacaq. O, uzun müddət əsas heyətdən kənarda qaldıqdan sonra bugünkü görüşün ilk 11-liyində yer alıb. 

Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 41 xalla 9-cu, "Kayzerslautern" isə 46 xalla 5-cidir.  (qol.az)

Milli.Az