“Türkcəni gah öyrənirsən, gah unudursan...” - Ərdoğan Kosovo prezidentinə - VİDEO

12 Aprel 2025 23:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Antalya Diplomatik Forumu çərçivəsində Türkiyəyə səfər edən Kosovo Prezidenti Vjosa Osmani ilə görüşündə maraqlı anlar yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş zamanı Ərdoğan ona türkcə danışığını unutmaqla bağlı zarafat edib.

"Sən də türkcəni gah öyrənirsən, gah unudursan...", - deyə Türkiyə lideri kosovalı həmkarına deyib: 

Osmani isə Ərdoğanın zarafatını belə cavablandırıb: "Haqlısınız, bəli, öyrənirəm, ancaq sizinlə danışaraq təcrübə keçməliyəm".

Görüntüləri təqdim edirik:

Milli.Az