"Arsenal" "Brentford"la bacarmadı

12 Aprel 2025 23:20

London "Arsenal"ı "Brentford"la görüşdə xal itirib.

Milli.Az xəbər verir ki, komandalar İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində üz-üzə gəliblər.

"Emireyts" stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Hər iki qol ikinci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə "Arsenal" açıb. "Brentford"un cavabı isə 74-cü dəqiqədə gəlib.

Bu görüşdən sonra "Arsenal"ın 63 xalı var. "Topçular" İngiltərə Premyer Liqasının cədvəlində ikincidirlər. "Brentford" isə 43 xalla 11-ci pilləyə yüksəlib.

Milli.Az