Lənkəranda kişi iynədən sonra ölüb.
Milli.Az-ın məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədovun hərarəti yüksək olub. Yaxınlarının deməsinə görə evdə ona qonşu tərəfindən antibiotik iynəsi vurulub. Vurulan iynədən sonra İ.Məmmədovun halı pisləşib və evə təcili tibbi yardım çağrılıb. Deyilən ünvana təcili tibbi yardım briqadası gedib. Buna baxmayaraq İ.Məmmədovda həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Qeyd edək ki, İmran Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirdi. Bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkməli idi.
Faktla bağlı araşdırma aparılır. (Unika)
Milli.Az